Ölkə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan neftinin qiyməti 92 dollardan aşağı düşüb

“7Times.az”  xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti nəzərəçarpacaq dərəcədə geriləyib.

Bir barelin dəyəri 3,2 dollar və ya 3,36 faiz ucuzlaşaraq 91,93 dollara enib. Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə isə eyni markanın qiyməti 3,12 dollar (3,4 faiz) azalaraq 88,5 dollar təşkil edib.

Eyni zamanda “Brent” markalı neftin oktyabr fyuçersləri 89 dollar səviyyəsində qeydə alınıb.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti barel üçün 65 dollar əsas götürülüb. “Azeri Light” nefti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil olunur və müqavilədə SOCAR-ın payı 35,3 faizdir.

Qeyd edək ki, bu markanın tarixi minimumu 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Son günlərdə Hörmüz boğazı ilə bağlı gözləntilərin artması da qlobal neft qiymətlərinə təzyiq göstərməkdədir.