Ölkə

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.

7Times.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).

“2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da 2023-cü ilin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 35,8 ABŞ dolları çoxdur” – deyə nazirlik bəyan edib.

2023-cü ildə ÜDM-in real ifadədə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Orta illik inflyasiyanın isə cari ildə 10,4 % (əvvəlki proqnoza (6,9 %) nəzərən 3,5 faiz bənd çox) olacağı gözlənilir.