Ölkə

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Deyton şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir.

7Times.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin “X” səhifəsində yazılıb.

Sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edir. Azərbaycanı Milli Məclisinin nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi təmsil edir.

Tədbir çərçivəsində Deyton Sülh Razılaşmasının 30 illiyi ilə əlaqədar, eləcə də NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması, NATO-nun çəkindirmə siyasəti, qlobal terrorçuluqla mübarizə, Qara dəniz regionunda təhlükələr, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Ukraynadakı müharibə və digər mövzular ətrafında müzakirələr aparılır.