Region

Azərbaycan polisi erməni yük maşınlarını da yoxlamağa başladı

Azərbaycan polisi erməni yük maşınlarını da yoxlamağa başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polisi artıq erməni yük maşınlarını da yoxlamağa başlayıb.

7times.az xəbər verir ki, bu barədə məlumatı Gorus icması rəhbərinin müavini Karo Köçəryan yayıb.

“Mən 3 sürücünün yoxlanıldığı və buraxıldığı haqda məlumat aldım. Səbəbləri açıqlanmayıb”, – o deyib.

Köçəryan bildirib ki, Azərbaycan ərazisindən keçən yolda hərəkət getdikcə çətinləşir. Yeni yolun çəkilişi isə hələ tamamlanmayıb.

“Yeni yol sürücülər üçün sərfəli olacaqmı” sualına Köçəryan cavab verməkdə çətinlik çəkib.

“Biz hər şeyə adaptasiya oluruq. Heç nə etmirik və yaxşı heç nə gözləmirik. Düşmən heç də pis fəaliyyət göstərmir, biz isə fəaliyyətsizik”, – deyə o çarəsizcə bildirib. Axar.az