Manşet

Azərbaycan Prezidentinin son dərəcə məxfi saxlanan Türkiyə səfərini kimlər sızdırmışdı? – ŞOK AÇIQLAMA

Azərbaycan Prezidentinin son dərəcə məxfi saxlanan Türkiyə səfərini kimlər sızdırmışdı? – ŞOK AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətəndaş nədənsə narazı ola, ona qarşı haqsızlıq da edilə bilər. Bəri başdan deyim ki,  intihar çıxış yolu və məsləhət də deyil”.

7times.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi şərhçi Bəhruz Həsənov səsləndirib. O bildirib ki, İntihar şousu çeynənmiş metoddur: “24 saat mühafizə edilən inzibati binada intihara cəhd göstərmək və bunu öncədən anons etmək, bəlkə də öncədən FHN-ə zəng vurmaq sadəcə diqqət çəkməkdir. Pərdələr qalxdı, şou təqdim edildi və finiş… ümid edirəm ki, bir də belə şoulara ehtiyac qalmaz. İntəhası, hakimiyyətlə münasibətləri gərginləşən və yaxud gərginləşməsində maraqlı olan şəxslər, “ictimai fəallar” qonşuluqda yerləşən xəbis dövlətlər üçün hədəf ola bilər. İmandan danışan imansızlar bu kimi məsələlərdə püxtələşiblər. Xarici düşmənlərimiz üçün hədəf birdir-İlham Əliyev! Onu nüfuzdan salmaq üçün zidd mövqelərdə olan qüvvələrin əməkdaşlığa başlaması mümkündür, hətta hiss edilir”.

Bəhruz Həsənov: "Sevinc Osmanqızının stəkanda fırtına yaratmaq cəhdləri ..."

Bəs, xaricdə formalaşmış anti-Əliyev koalisiyasının daxildə havadarları kimlərdir?

Bəhruz Həsənov sualı belə cavablandırıb:Əli Kərimli?, Tofiq Yaqublu? Qətiyyən! Onların taqəti yoxdur, bunu bilən isə tək biz deyilik. Müharibədən az əvvəl Azərbaycan Prezidentinin son dərəcə məxfi saxlanan Türkiyə səfərini İhlas Xəbər Agentliyinə kimlər sızdırmışdı? Bu səfər müharibə hazırlığı ilə bağlı idi, amma anti-Əliyev qüvvələr  mətbuata “İlham Əliyev Bodrumda tətil edir” başlığı ilə ötürmüşdülər. Hansı ki, eyni zaman zərfində Paşinyan Şuşaya gəlmişdi və əlində qədəh halay çəkirdi. Nəticə olaraq isə saniyələr ərzində cəmiyyətə bu fikir yeridildi ki, Ermənistan Baş naziri Şuşada “parad” keçirir, Azərbaycan Prezidenti isə Bodruma tətilə gedir. Və gizli saxlanılan Bodrum səfərinin videosu özünü çox gözlətmədi. Bu qədər sinxronluq şübhəli deyilmi, sizcə? Bodrumdakı görüşün detalları haqqında yazmağım bəlkə doğru deyil, sadəcə bunu deyim ki, birgünlük səfər tətil məqsədilə deyildi. Sonradan xarici mətbuatda bu haqda oxudum. Sonrakı dövrlərdə anti-Əliyev koalisiyası hansı əməllərə imza atdılar?