Aktual

Azərbaycan quru sərhədlərini nə vaxt açır? – Vaxt açıqlandı

Azərbaycan quru sərhədlərini nə vaxt açır? – Vaxt açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb.
Ölkədə koronavirusa yoluxma hallarının minimuma enməsi ilə bir çox məhdudiyyətlər aradan qaldırılıb, ancaq quru sərhədləri hələ də bağlıdır. Bəs quru sərhədləri nə zaman açıla bilər?
Milli Məclisin deputatı Musa Quliyev məsələ ilə bağlı fikirlərini AZXEBER.COM-a bildirib.
Deputat qeyd edib ki, artıq quru sərhədlərinin açılmasının zamanıdır: “Arzu edərdik ki, artıq quru sərhədləri açılsın. Gediş-gəliş bərpa olunsun. Rusiyada da, Türkiyə də, Cənubi Azərbaycanda da çoxlu soydaşlarımız yaşayır. Turizm sezonu başlayır, quru sərhədlərinin açılması iki-üç aylıq turizm sezonunda həm turizm sənayesinin inkişafı üçün lazımdır, həm gediş-gəliş üçün lazımdır”.
M.Quliyev həmçinin qeyd edib ki, may ayının sonuna qədər bununla bağlı qərar verilə bilər: “Amma bu, təkcə bizdən asılı deyil, eyni zamanda bizimlə həmsərhəd olan ölkələrdən də asılıdır, onların qərarı da lazımdır. Yəqin ki, hökumət bu barədə danışıqlar aparır. Biz bu ayın sonunu gözləyək, mayın axırına yaxın belə bir qərar ola bilər”.