Kriminal

Azərbaycana qarşı hərbi cinayətlər törədən 14 erməni HƏBS OLUNDU

Azərbaycana qarşı hərbi cinayətlər törədən 14 erməni HƏBS OLUNDUbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dövlətinə qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən daha 14 erməni hərbçisi barədə həbs qətimkan tədbiri seçilib.

7times.az-ın məlumatına görə, erməni cinayətkarlar Tonayan David Samveloviç, Qaro Karapetyan, Eduar Saakyan, Viktor Aleksandrov, Aleksnadr Anaxasyan, Andrey Aksuzyan, Seyran Kocamanyan, Armen Martoyan, Qareqin Xalycyan, Ruslan Peklivanyan, Armen Martoyan, Sipan Mouradian, Ardas Oksuzyan və Qalust Trapizonyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100-cü (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 114-cü (Muzdluluq), 120-ci (qəsdən adam öldürmə), 186-cı (başqasının əmlakı məhv etmə), 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və həmin şəxslərin həbs edilməsi barədə Nəsimi rayon Məhkəməsinə vəsatət göndərilib.

Məhkəmə vəsatəti təmin edib və adıçəkilən şəxslər barəsində qiyabi həbs qətimkan tədbiri seçib.