Cəmiyyət

Azərbaycanda 1 gündə 47 mindən çox insan peyvənd olundu

Azərbaycanda 1 gündə 47 mindən çox insan peyvənd olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 47 366 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41631 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 5735 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2513085 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1581890 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 931195  nəfərdir.