Azərbaycanda 101 yaşlı qadın COVID-19 əleyhinə peyvənd olunub.
7times.az TƏBİB-ə istinadən xəbər verir ki, söhbət İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızından gedir.
Qeyd edək ki, ölkə ərazisində vaksinasiya prosesi yanvar ayının 18-dən etibarən başlanılıb. Birinci mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər peyvənd olunublar. Fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin də vaksinasiyasına başlanılıb.
Xatırladaq ki, bundan öncə Lənkəran rayon sakini, 100 yaşlı Şananə Mahmudova da COVID-19 əleyhinə peyvənd olunmuşdu.