Cəmiyyət

Azərbaycanda 14 yaşlı qıza təcavüzə görə daha iki nəfər saxlanıldı

Azərbaycanda 14 yaşlı qıza təcavüzə görə daha iki nəfər saxlanıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüzə görə daha iki nəfər saxlanılıb.

7Times.az oxu.az-a istinadən xəbər verir ki, Göylər kəndində yeniyetmə ilə qeyri-təbii yolla cinsi əlaqədə olma faktı ilə bağlı üç nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Məsələ barədə Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov üç nəfərin saxlanılmasını və barələrində həbs qətimkan tədbiri seçilməyini təsdiqləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb.