Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 130 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 40 691 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 496 nəfər müalicə olunaraq sağalıb, 596 nəfər vəfat edib, aktiv xəstə sayı 1 599 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 794, ötən müddət ərzində isə ümumilikdə 1 137 121 test aparılıb.
Follow @7timesaz