Cəmiyyət

Azərbaycanda 2020-ci ildə bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi açıqlanıb

Azərbaycanda 2020-ci ildə bağlanmış bankların əmanətçilərinə kompensasiya ödənişi açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günə qədər Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2020-ci ilin aprel-may aylarında lisenziyaları ləğv olunmuş “AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə 664 milyon manat kompensasiya ödəyib.

Bu barədə “Report”a müsahibəsində Fondun icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

“Ümumilikdə isə bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib və 54 min əmanətçi kompensasiya alıb. Fond öhdəliklərinin 99 %-ini icra edib. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1 %-ə qədər kompensasiya ödənilməmiş əmanət qalıb ki, onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən bizə müraciət etməyən şəxslərdir”, – deyə A.Cahangirov əlavə edib.

Xatırladaq ki, ƏSF-in 2020-ci ilin noyabr ayında açıqladığı məlumatda sözügedən 4 bankın 23,57 min qorunan əmanətçisinə 551,51 milyon manat kompensasiya ödənildiyi bildirilmişdi. Həmin məlumata əsasən, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya almışdı.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.