Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC süni intellekt laboratoriyasının qurulması ilə əlaqədar hazırlıqlara başlayıb.
İqtisadiyyat.az xəbər verir ki, qurum bu məqsədlə avadanlıq və lisenziyaların satın alınması ilə bağlı müsabiqə elan edib.
Satınalmaya lisenziyalar, server dəstləri, quraşdırma və təlim xidmətləri, eləcə də texniki dəstək daxildir.
“AzInTelecom” süni intellekt laboratoriyasının qurulması məqsədilə avadanlıq və lisenziyaların satın alınması ilə bağlı “İnnovativ Layihələr Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri 7 milyon manat təşkil edib.
Follow @7timesaz