İqtisadiyyat

Azərbaycanda avro bir qədər də UCUZLAŞDI – YENİ MƏZƏNNƏ

Azərbaycanda avro bir qədər də UCUZLAŞDI – YENİ MƏZƏNNƏbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dolların bahalaşması dünyada avronun ucuzlaşması ilə müşahidə olunur. Bu proses Azərbaycanda da baş verir. 

7Times.az xəbər verir ki, bu gün Mərkəzi Bankın açıqladığı rəsmi məzənnələrdə avro/manat kursunun 1,671 səviyyəsinə gerilədiyi görünür.

Rəsmi kursun aşağı düşməsi kommersiya banklarında da avronun məzənnə dəyərinin aşağı düşməsinə səbəb olub. Azərbaycanın ən böyük banklarında avronun alış qiyməti 1,62-16,4 səviyyəsinə, satış qiyməti isə 1,704-1,702 həddinə qədər geriləyib. Avronun bu qədər ucuzlaşması avrozona ölkələrindən idxal edilən malların dəyərinin aşağı düşməsinə səbəb olur.