Ölkə

Azərbaycanda banan buna görə bahalaşıbmış – Səbəbi bilindi

Azərbaycanda banan buna görə bahalaşıbmış – Səbəbi bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda bananın qiymətinin artmasının səbəbi məlum olub.
7Times.az  Fed.az-a istinadla xəbər verir ki, bir neçə gün əvvəl ölkədə bananın satış qiyməti kəskin artaraq, 2,1-2,2 manatdan 2,8-3 manata yüksəlib.
Azərbaycana banan əsasən okeanın o tayından – Ekvadordan gətirilir. Banan idxalı ilə məşğul olan şirkətlərdən bildirilib ki, Ekvadorda bananın 1 kiloqramının qiymətində 0,03 dollar (5 qəpik) artım var (FED.az). Bundan başqa, daşıma qiyməti də yüksəlib. 2021-ci ildə bananla yüklənmiş 1 konteynerin daşıma xərci 6 000 dollar olduğu halda, 2022-ci ildən bu qiymət 9 000 dolara yüksəlib. Yəni, hər konteynerin daşınmasında 3 000 dollar fərq yaranıb. Nəticədə bir kiloqram bananın daşıma xərci 0,12 dollar artıb (təqribən 0,20 manat).
Şirkətlərdən bildirilib ki, ölkəyə banan gətirən gəmilərin hərəkətində gecikmələr var:
“Əksər şirkətlərin gətirdiyi banan partiyası eyni gəmidə olduğuna görə, qıtlıq hiss olunub. Amma fevralın əvvəlində bütün şirkətlərin malı ölkəyə çatacaq və qiymətlər azalacaq.”
Başqa sözlə, bananı bahalaşdıran 3 səbəbdən 1-i gəmilərin gecikməsi müvəqqətidir və gəmilərin təyinat ölkəsinə çatmasından sonra qiymətlərin enməsinə səbəb olacaq. Bununla yanaşı, digər iki səbəb – bananın və onun daşıma qiymətinin artması müvəqqəti deyil və özünü bundan sonrakı satış qiymətində də göstərəcək.
Bununla yanaşı, idxalçılar və satış şirkətləri bu artımın hiss edilməməsi üçün kampaniyalara başlamağı planlaşdırırlar.