Ölkə

Azərbaycanda bu banklar rus rublu ilə – ƏMƏLİYYATLARI DAYANDIRIR

Azərbaycanda bu banklar rus rublu ilə – ƏMƏLİYYATLARI DAYANDIRIRbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumu və onun cavabında Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində rublun məzənnəsi kəskin azalıb.

Məzənnənin aşağı düşməsi özünü Azərbaycanda Mərkəzi Bankın rəsmi məzənnələrində də göstərib. Rubl manat qarşısında 21% ucuzlaşıb və hazırda 1000 rubl 15,7 manatdır (fevralın 25-də 22 manat idi).

Yaranmış vəziyyətlə əlaqədar olaraq bəzi banklar rublla əməliyyatları məhdudlaşdırıblar. Maliyyə bazarlarında Rusiya rublu (RUB) ilə bağlı  yaranmış vəziyyətlə  əlaqədar müvəqqəti olaraq rublla əməliyyatları məhdudlaşdıran banklar sırasına “Unibank”, “AFB Bank”, “Rabitəbank”, “Turanbank” daxil olub.

Belə ki, “AFB” alqı-satqı əməliyyatlarını müvəqqəti olaraq dayandırıb. Hazırda “Karona” ilə sürətli pul köçürmə etmək olar.

“Rabitəbank”da təcili pul köçürmə əməliyyatı dayandırılıb.

“Turanbank” həm nağd alış-satışı, həm də sürətli pul köçürməni müvəqqəti dayandırıb.

“VTB”də nağd alış-satış mümkündür, təcili pul köçürmə əməliyyatı isə müvəqqəti dayandırılıb. (FEDaz)