Ölkə

Azərbaycanda bu il qış necə keçəcək? – PROQNOZ

Azərbaycanda bu il qış necə keçəcək? – PROQNOZbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu ilin qış fəsli üçün gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın 7times.az-a verdiyi açıqlamasına görə, bu il Azərbaycan ərazisində qış fəsli mülayim keçəcək:

“Ümumdünya Мeteorologiya Тəşkilatının (WMO) İqlim Mərkəzlərində hazırlanan modellərin nəticələrinə və eyni zamanda çoxillik statistik meteorоloji məlumatların təhlilinə görə bu il Azərbaycan ərazisində qış fəslinin nisbətən mülayim keçəcəyi, havanın orta temperaturunun iqlim norması daxilində, bəzi yerlərdə isə normadan 0,5-1,0 C yüksək olacağı gözlənilir”.

Qurum rəsmisi qeyd edib ki, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili, eyni zamanda qış fəslinin iqlim xüsusiyyətləri göstərir ki, adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır. Buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi günlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi də istisna olunmur.

7times.az

Təranə Mirzəyeva