Ölkə

Azərbaycanda bu məhsullar UCUZLAŞDI – SİYAHI

Azərbaycanda bu məhsullar UCUZLAŞDI – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulda əvvəlki aya nisbətən ərzaq mallarında 1,6 faiz ucuzlaşma qeydə alınıb. 

7Times.az  xəbər verir ki, ət və ət məhsulları istisna olmaqla bütün əsas ərzaq mallarında qiymətlər enib.

Ən çox ucuzlaşma tərəvəz məhsullarında müşahidə olunub. Tərəvəzlərin qiymət səviyyəsi 6,6 faiz düşüb.

Tərəvəzlərdən badımсan, xiyar, pomidor, göy lobya, soğan və kartofun qiyməti enib.

Ucuzlaşma sürəti böyük olan məhsullar arasında meyvələr də var. Bir ayda meyvələrin qiymət səviyyəsi 2,8 faiz azalıb.

Meyvələrdən üzümün, bananın, armudun, gavalının qiyməti azalıb.

Tərəvəz və meyvədan başqa yumurtanın qiyməti 1,7 faiz, çörəyin qiyməti 1,1 faiz, yağların dəyəri 1,1 faiz enib.

Ərzaq mallarından yalnız ət və ət məhsulları bahalaşıb. Bu qrup malların qiymətində 0,2 faiz artım qeydə alınıb.

Sfera.az