Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
7times.az-a Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.