Ölkə

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxub

Azərbaycanda daha 10 şagird koronavirusa yoluxubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində sentyabrın 28-nə COVİD-19-la bağlı vəziyyəti açıqlayıb.

7times.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, sentyabrın 28-də 15 şagirdin və 1 işçi heyətinin hərarəti 37 dərəcədən yuxarı olub.

Son bir gündə 10 şagird və 1 işçi heyəti koronavirusa yoluxub.

Daha 7 sinif distant təhsilə keçirilib. Ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 19, məktəblərin sayı 1-dir.