Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.
Son sutka ərzində 7 630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.
Follow @7timesaz