Cəmiyyət

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü, yoluxma sayı kəskin azaldı

Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü, yoluxma sayı kəskin azaldı – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240 671 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3 286 nəfər vəfat edib, aktiv xəstə sayı 6324 nəfərdir.

Ölkədə son sutka ərzində 5891, hazırkı dövrədək isə 2 716 017 test aparılıb.

Açıklama yok.