Ölkə

Azərbaycanda daha 596 nəfər virusa yoluxub,13 nəfər vəfat edib

Azərbaycanda daha 596 nəfər virusa yoluxub,13 nəfər vəfat edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 57 040 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 44 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib, aktiv xəstə sayı 11 808 nəfərdir.

Ölkədə son sutka ərzində 5 081, hazırkı dövrədək isə 1 368 620 test aparılıb.