Hindistanın Pəncab, Madhya-Pradeş və Uttar-Pradeş ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
7times.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə, Hindistanın Pəncab, Madhya-Pradeş və Uttar-Pradeş ştatlarından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Follow @7timesaz