Ölkə

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı – Baş redaktordan AÇIQLAMA

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı – Baş redaktordan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı.

Məsələ ilə bağlı ” Şəfəq ”qəzetinin baş redaktoru Qəhrəman Əliyevlə əlaqə saxladıq.

Qəhrəman Əliyevin 7times.az verdiyi məlumata görə ” Şəfəq ” qəzetinin maliyyə problemlərinin olduğuna görə qəzetin fəaliyyəti dayandırılıb.

Maliyyə yardımı olarsa şəfəq qəzeti öz fəaliyyətini davam etdirəcək.

Xatırlaq ki, Azərbaycanın bölgələrində mətbuat ilk dəfə məhz Qubada yaranıb. Qubanın ilk rəsmi, həftəlik nəşr olunan mətbu orqanı “Şəfəq” qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Azərbaycanda ilk rayon mətbuat orqanı olub. Həmin dövrlərdə qəzet bir neçə səhifə həftəlik nəşr olunurdu. Qəzetin ilk adı “Əxbar” olub.  Siyasi ideologiyaya görə qəzetin adı bir neçə dəfə dəyişib. “Xəbər”, sonra “ Şəfəq” adlanıb. Hazırda “Şəfəq” adı ilə nəşr olunur. Əslində sual yarana bilər ki, niyə ilk dəfə qəzet Qubada yaranıb? -Məlum olduğu kimi, Quba qəzza komitəsi kimi fəaliyyət göstərib. Komitədən Qasım İsmayılovun başçılığı ilə bir qrup nümayəndə heyəti Leninlə görüşməyə gedir, ona sovqat aparırlar. Lenin isə Qubaya mətbəə bağışlayır. Bununla da Qubada yalnız jurnalistika yox, həm də poliqrafiya sahəsində sürətli inkişaf başlıyır. Hazırkı “Şəfəq” qəzeti Azərbaycan mətbuat tarixində kifayyət qədər yaşı və yeri olan bir mətbuat orqanıdır.