Ölkə

Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Slavyan Universitetində (BSU) erməni dili tədris ediləcək.

“7Times.az” xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq universitetin mətbuat katibi Səbinə Hüseynzadə məlumat verib:

“Bakı Slavyan Universitetinin Elmi Şurasının qərarına əsasən erməni dilinin tədrisi növbəti illərdə nəzərdə tutulur”.

Xatırladaq ki, BSU-nun rektoru Anar Nağıyev ötən il verdiyi açıqlamada bildirmişdi ki, 2026-2027-ci tədris ilindən etibarən universitetdə erməni dili fənninin tədrisi planlaşdırılır.

Qeyd edək ki, hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur.