Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəmir yolları ilə 3 753 456 nəfər insan daşınıb.
7Times.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC öz “Facebook” səhifəsində paylaşım edib.
Qeyd olunur ki, bu ilin yanvar-iyul aylarında dəmir yolları ilə sərnişindaşımada 51% artım olub.
“Bu ilin ilk 7 ayında dəmir yolları ilə sərnişindaşımada 51% artım olub. İlin əvvəlindən bu günə kimi qatarlarımızla 3 753 456 milyon insan səyahət edib”, – paylaşımda bildirilir.
Follow @7timesaz