Cəmiyyət

Azərbaycanda ənənəvi tədris bərpa olunur? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ənənəvi tədris bərpa olunur? – RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gündən sosial şəbəkələrdə ümumtəhsil müəssisələrində dərslərin yaxın zamanda ənənəvi qaydada aparılacağı ilə bağlı məlumatlar yayılıb.

Məsələ sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.

Təhsil Nazirliyi yaranan müzakirələrə aydınlıq gətirib.

7times.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün “Facebook” hesabından paylaşdığı məlumatda dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərarın qəbul edilmədiyini bildirib.

Onun sözlərinə görə, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu ilk növbədə Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.