2021-ci ilin yekunlarına әsasәn, Azərbaycanda 15-29 yaşda olan iqtisadi fәal gәnclәrin sayı 1,4068 milyon nəfər olub.
7Times.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gənclərin 1,2651 milyon nəfəri məşğul insanlardan, 141,7 min nəfəri işsiz insanlardan ibarətdir.
Mәşğul gәnclәr arasında qadınlara (583,2 min nәfәr) nisbәtәn kişilәr (681,9 min nәfәr) üstünlük tәşkil edir. İşsiz gənclərin isə 63,9 min nәfәri kişi, 77,8 min nәfәri qadındır.
Müayinәnin yekunlarına görә, gənclər arasında işsizlik səviyyəsi 10,1 faizdir. Gənclər arasında ən çox işsizə 20-24 yaş qrupunda rast gəlinir. Bu yaş qrupunda 73,3 min işsiz olub.
Mәşğul gәnclәrin 20,6 faizi ali, 11,1 faizi orta ixtisas, 3,9 faizi peşә, 55,6 faizi tam orta, 8,7 faizi ümumi orta vә 0,1 faizi ibtidai tәhsilә malikdirlәr. İşsiz gәnclәrin isə 10,6 faizi ali, 11,6 faizi orta ixtisas, 4,5 faizi peşә, 59,6 faizi tam orta, 13,6 faizi ümumi orta tәhsil, 0,1 faizi ibtidai tәhsilә malik olublar.
Follow @7timesaz