Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 5 milyard 718,589 milyon manat təşkil edib.
7Times.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18,6 % artaraq 1 milyard 495,432 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 9,8 % artaraq 3 milyard 977,978 milyon manat, aksizlər üzrə daxilolmalar 37,4 % artaraq 205,91 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,5 % azalaraq 39,269 milyon manat olub.
Follow @7timesaz