Vəkillər Kollegiyasının Rəyasət Heyəti (VKRH) Azərbaycanda iki vəkilin fəaliyyətini dayandırılmaqla VKRH üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərar qəbul edib.
7Times.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib.
Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb.
Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub.
Follow @7timesaz