Braziliyada şagirdlərə məktəblərdə mobil telefondan istifadə etmək qadağan edilib. İstisnalara təhsil məqsədləri və ya fövqəladə hallar daxildir.
7Times.az xəbər verir ki, qanun layihəsi ölkə Konqresi tərəfindən təsdiqlənib. Braziliya prezidenti Luiz İnasio Lula da Silva tərəfindən təsdiqləndikdən sonra qanun qüvvəyə minəcək.
Qeyd olunur ki, bu tədbir uşaq və yeniyetmələrin psixi və fiziki sağlamlığının qorunması məqsədilə həyata keçirilib. Bundan əlavə, Braziliya qanunvericiləri mobil telefonlardan istifadənin təhsil prosesinə zərərli olduğunu düşünürlər.
Məlumata görə, 10-13 yaş arası braziliyalı uşaqların yarısından çoxunun mobil telefonu var.14-17 yaş qrupu üzrə bu göstərici 87,6 faiz təşkil edib.
Braziliyada “Instituto Locomotiva” və “QuestionPro” tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, böyüklərin 82 faizi məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsi lazım olduğuna inanır.
News24.az
Follow @7timesaz