Azərbaycanda İran meyilli saytlar bağlanıb.
7times.az xəbər verir ki, Sfera.az bildirir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Elçin Alıoğlu məlumat yayıb. O, sözügedən saytların adlarını sadalayıb:
“Deyerler. az, maide. az, ahlibeyt. az, ehlibet. info, shia. az, islaminsesi. org saytları bağlanıb”.
Jurnalist, həmçinin qeyd edib ki, saytlardan əlavə Azərbaycanda “Youtube” kanallarında yayımlanan İran rejiminin idealogiyasını aşılayan dini seriallar da bloklanıb.
Follow @7timesaz