Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 2 mini keçdi, 33 nəfər öldü – FOTO

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 2 mini keçdi, 33 nəfər öldü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus infeksiyasına 2077 yeni yoluxma faktı qeydə alınıb, 3725 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 463 326 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 416 194 nəfər müalicə olunaraq sağalıb, 6 167 nəfər vəfat edib. 40 965 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 991, bu günə qədər isə ümumilikdə 4 675 110 test icra olunub.