Ölkə

Azərbaycanda koronavirusa yoluxma artıb: 3 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxma artıb: 3 nəfər vəfat edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 233 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41 752 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 235 nəfər müalicə olunaraq sağalıb, 608 nəfər vəfat edib, aktiv xəstə sayı 1909 nəfərdir.

Ölkədə son sutka ərzində 7 594, hazırkı dövrədək isə 1 169 656 test aparılıb.