Ölkə

Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü, yoluxma sayı artdı

Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü, yoluxma sayı artdı – Fotobackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 365 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3536 nəfərdir.

Ölkədə son sutka ərzində 9436, hazırkı dövrədək isə 2 645 206 test aparılıb.

Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü,  yoluxma sayı artdı - Foto