Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 27-nə olan statistik göstəriciləri açıqlayıb.
7times.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 422 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 898 492 test aparılıb. Aktiv xəstə sayı 1 956 nəfərdir, onlardan 148 nəfər reanimasiyadadır, 17 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Follow @7timesaz