Ölkə

Azərbaycanda mobil operatorlar 1 mlrd. manatdan çox gəlir qazanıb

Azərbaycanda mobil operatorlar 1 mlrd. manatdan çox gəlir qazanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3120,5 milyon manat dəyərində xidmət göstərilib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.

Dövr ərzində xidmətlərin 71,6%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 1052,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.