Aktual

Azərbaycanda narkomanların və ruhi xəstələrin sayı artır -Rusiya mətbuatı

Azərbaycanda narkomanların və ruhi xəstələrin sayı artır -Rusiya mətbuatıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin dövründə sosiallaşmamaq insanları bir-birindən uzaqlaşdırıb və bu kimi amillər depressiyaya düşməkdə əsas rol oynayır.

Azərbaycanda psixi xəstəlikdən əziyyət çəkənlərin sayının artması narkomanların sayının da artması ilə bağlıdır.

7Times.az xəbər verir ki,bu barədə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçeri Sputnik Azərbaycan-a açıqlama verib.Onun sözlərinə görə, psixi xəstəliklərin yaranmasına genetik amillə yanaşı, ətraf mühit də təsir edir.
“Koronavirus pandemiyasının başlamasından sonra nevroz, psixoz və depressiyadan əziyyət çəkən vətəndaşların sayı artıb. Psixi pozğunluğu olan xəstələr arasında nevrozdan əziyyət çəkənlər üstünlük təşkil edir.
Həkim qeyd edib ki, psixi xəstəliklərin sayının artmasına insanların həyat ritminin dəyişməsi, onlara olan informasiya yükünün artması səbəb olur.
“Əvvəllər cəmiyyətdə zorakılıq az idi, insanlar öz gələcəyi üçün o qədər də narahat olmurdular, amma bu gün vəziyyət dəyişib.Bundan başqa, yaşlı insanların sayının artması ilə yanaşı, yaşla bağlı psixi xəstəliklərin də sayı artır.

Rəsmi statistikaya görə, 2015-ci ildə 7764 nəfər psixi və davranış pozuntularına görə ilk dəfə qeydiyyata alınıb. Onların sayı orta hesabla hər 10 000 nəfərə 8 nəfər təşkil edirdi. 2020-ci ildə bu rəqəm 12 334 nəfərə (hər 10 000 nəfərə 12 nəfər) yüksəlib.
2021-ci ildə belə xəstələrin sayında kəskin artım qeydə alınıb – 14 409-a qədər (hər 10 000 nəfərə 14 nəfər).
Azərbaycanda da psixi və davranış pozğunluğundan əziyyət çəkən 18 yaşadək uşaqların sayı artır. Əgər 2015-ci ildə onlar 1739 nəfər qeydə alınıbsa, 2021-ci ildə 3112 nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 13 yaşa qədər uşaqlar arasında psixi xəstəlikdən əziyyət çəkənlərin sayı da artıb. 2010-cu ildə 1341, 2015-ci ildə 1338, 2020-ci ildə 1946, 2021-ci ildə isə 2440 nəfərdə ilk diaqnoz qoyulub.
30 yaşdan yuxarı vətəndaşlar arasında da psixi xəstəliklərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2010-cu ildə ilk dəfə qeydiyyata alınan belə xəstələrin sayı 6008, 2015-ci ildə 3842, 2020-ci ildə 6211, ötən il isə 7776 nəfər olub.