Ölkə

Bu rayonlarda qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!

Bu rayonlarda qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Binəqədi və Xətai rayonlarının qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə 7Times.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi və Xocasən qəsəbəsində yaşayış sahələrinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi, deformasiyaya uğramış qaz xətlərinin təmiri, həmçinin Xətai rayonunun Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə mayın 10-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin bir hissəsinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.