Azərbaycanda evdə müalicə alan COVID-19 xəstələrinin sayı açıqlanıb.
7times.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir.
“2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”, o vurğulayıb.
N. Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.
Follow @7timesaz