2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 405 milyon manatının və yaxud 1,1 %-nin sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
7Times.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.
Follow @7timesaz