Ölkə

Azərbaycanda sənaye istehsalı azalıb – SƏBƏB

Azərbaycanda sənaye istehsalı azalıb – SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-avqust aylarında sənaye sektorunda 56,1 milyard manatlıq məhsul istehsal edilib. Müqayisə göstərir ki, 2021-ci ilin müvafiq dövrünə nisbətən istehsal 0,1 faiz azalıb. 

7Times.az  bildirir ki, sənayedə istehsalın azalması neft-qaz sektoru ilə bağlı olub. Burada istehsalı 1,6 faiz azalıb. Qeyri neft-qaz sektorunda isə istehsal 9 faiz artıb.

Sənayedə istehsalın azalması xam neft hasilatının kəskin azalması ilə bağlıdır. Bu il əmtəəlik qaz hasilatı 11,3 faiz artdığı halda, əmtəəlik neft hasilatı 5,2 faiz azalıb.

Neft hasilatının azalması ümumi sənaye göstəricilərinə mənfi təsir göstərib.