Cəmiyyət

Azərbaycanda vaksin vuranların sayı 4 milyonu ötdü

Azərbaycanda vaksin vuranların sayı 4 milyonu ötdübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 51510 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 20756 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 30754 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4015612 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2437929 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1577683 nəfərdir.