Cəmiyyət

Azərbaycanda vaksin vurduranların sayı 2.5 milyonu ötdü

Azərbaycanda vaksin vurduranların sayı 2.5 milyonu ÖTDÜbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 37162 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32670 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 4492 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2662038 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1712118 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949920 nəfərdir.