Cəmiyyət

Azərbaycanda vaksin vurduranların sayı AÇIQLANDI

Azərbaycanda vaksin vurduranların sayı AÇIQLANDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada 41733 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17994 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 23739 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4242727 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2530767 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1711960 nəfərdir.