Cəmiyyət

Azərbaycanda yeni növ koronovirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda yeni növ koronovirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus bir RNT virusu olduğu üçün daima mutasiya keçirən bir virusdur və bu mutasiyalar virusun genomunda müxtəlif bölgələrdə baş verir”.

7times.az xəbər verir ki, bu barədə TƏBİB-dən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, indiyə qədər mövcud ədəbiyyatda, eləcə də “spike protein” kodlayan bölgələrdə müxtəlif mutasiyalar aşkar edilib:

“İngiltərədə aşkar edilən yeni mutasiyanın virusun yoluxduruculuğunu artırdığı yaxın günlərdə bildirilib. Ölkəmizdə və dünyada rutin analizlərdə Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq qurumların da tövsiyə etdiyi virusun gen bölgələri beynəlxalq primerler ilə (təsdiq edilmiş kitlerlə) analiz edilir və nəticələr verilir. Virusun mutasiya baş verən bölgələri daima nəzarətdə saxlanılır və onların nəticələrə təsiri təqib edilir. Mutasiyaya uğramış virusun yeni növlərinin aşkarlanması və onların klinik təsirləri isə xüsusi genom çalışmaları ilə araşdırılır. Bunlar xüsusi çalışmalardır və araşdırma tədqiqat laboratoriyalarında icra olunur. Bu istiqamətdə ölkəmizdə də tədqiqatlar aparılır, davam edir. Ölkəmizdə hələ yeni növ koronovirusa yoluxma ilə bağlı fakt öz təsdiqini tapmayıb”.