Ölkə

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı – RƏSMİ

Azərbaycanda yeni pul nişanları tədavülə buraxıldı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 1 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

 

7Times.az  xəbər verir ki, tədavülə buraxılan yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub

 

Yenilənmiş 1 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

 

Yenilənmiş 1 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.