Ölkə

Azərbaycanda yoluxma azaldı – Ölənlərin sayı artdı

Azərbaycanda yoluxma azaldı – Ölənlərin sayı artdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3086 yeni yoluxma faktı qeydə alınıb, 1781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 149765 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 90278 nəfər müalicə olunaraq sağalıb, 1675 nəfər vəfat edib, aktiv xəstə sayı 57812 nəfərdir.

Ölkədə son sutka ərzində 10190, hazırkı dövrədək isə 1847191 test aparılıb.