Cəmiyyət

Azərbaycanda yoluxma azaldı, sağalanların sayı artdı – 6 nəfər öldü

Azərbaycanda yoluxma azaldı, sağalanların sayı artdı – 6 nəfər öldübackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576  yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 7times.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 238959 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230461 nəfər müalicə olunaraq sağalıb, 3268 nəfər vəfat edib, aktiv xəstə sayı 5230 nəfərdir.

Ölkədə son sutka ərzində 8595, hazırkı dövrədək isə 2690711 test aparılıb.